top
Sumqayıtdakı reabilitasiya mərkəzi ilə bağlı məhkəmədə yeni detallar açıqlandı
17 iyun 2026, 16:37
- +

Sumqayıtdakı reabilitasiya mərkəzi ilə bağlı məhkəmədə yeni detallar açıqlandı

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlər ifadə veriblər. 

Onlar dövlət ittihamçısı Emin Murquzovun və vəkillərin suallarını cavablandırıblar:

Zərərçəkmiş şəxs Raqif Babayev ifadəsində bildirib ki, reabilitasiya mərkəzində müalicə alması üçün valideynləri müraciət edib:

"Mingəçevir şəhərində yaşayıram. Valideynlərim həmin reabilitasiya mərkəzinə müraciət etdilər. Kazino-qumar oyunlarından əziyyət çəkirdim. Mənə reablitasiya mərkəzində bildirildi ki 6 ay burda qalacaqsan. Getmək istəyirdim. Orada yad cisimlər - əşyalar udmuşam. Bunu etiraz olaraq edirdim. Buna görə təqsirləndirilən şəxslər məni döydülər. Döyənlər arasında Ceyhun Salmanov olmayıb. Buna görə üz və qulaq nahiyyəmdən ağır xəsarətlər almışdım. Bundan başqa etiraz əlaməti olaraq dama çıxmışdım. 6-7 Saat orada qaldım. Buna görə polis gəldi. Reabilitasiya mərkəzində qalmaq istəmədiyim barədə valideynlərimə demişdim. Orada olanda nəzarət altında çölə çıxırdım. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu". 

Zərərçəkmiş şəxsin anası şahid qismində ifadə verib. O, bildirib ki, oğlu kazino və qumar oyunları asılılığından əziyyət çəkirdi:

"Bu reabilitasiya mərkəzi barədə məlumatı "TikTok" sosial platformasında əldə etdim. Mərkəzə müraciət etdim və 3-ə yaxın əməkdaş gecə 3-də gəlib oğlumu götürdülər. İlk olaraq oğlum narazı idi. Sonra könüllü razılaşdı. Mərkəzə ayda 1000 manat ödəniş etməli idim. Pulları kart hesabına atmışdım. Heç bir şikayətim yoxdur". 

Daha sonra zərərçəkmiş qismində məşhur skripka ifaçısı Ramil Həsənov dindirilib. O, narkotik istifadəçisi olduğunu deyib:

"Ailədə üç uşaq idik. Qurban adlı tanışıma müraciət etdim. O, da məni reablitasiya mərkəzinə gətirdi. Əvvəlcə 2-ci korpusda idim, daha sonra 1-ci korpusa yerləşdirildim. Orada narazılıq etdim ki, darıxıram, sıxılıram. Digər zərərçəkəni də orda tanımışam. Prokurorluq əməkdaşları gələndə artıq mən bildirdim ki, buradan getmək istəyirəm. Mən mərkəzdə təxminən 2 ay qaldım. Orda olan ciddi nizam-intizama dözə bilmirdim. Orada mənə qarşı şiddət olmayıb. Məni ora dostlarım aparmışdı və ödənişləri onlar edirdilər. Ora gələndə mən könüllülüklə bağlı imza atmışdım. Orada sağalanlar çox idi. Elə mən özüm də 2 ay orada qaldım və nəticə müsbət oldu. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdur. Birinci dəfə çıxmaq istəyirdim deyə şikayətçi idim". 

Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin edilib. 

Xatırladaq ki, "Qurtuluş Reabilitasiya Mərkəzi" MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. Toplanmış sübutlar əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Mənbə: Unikal.az

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər