Abşeron-Xızı Regional Təhsil İdarəsi müəllimləri təltif edib. Bu barədə 6 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Belə ki, 4 nömrəli məktəbin fizika müəllimi Hökümə Dünyamalıyeva və Təhsildə inkişaf və innovasiyalar üzrə VI grant müsabiqəsində qalib seçilmiş 24 nömrəli məktəbin informatika müəllimi Naidə Behbudova Fəxri Fərmana layiq görülüblər.