Sumqayıtda iki avtobus toqquşub.
Sumqayit24.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sülh prospektində baş verib.
İlkin məlumata görə, toqquşmada şəhərdaxili hərəkət edən 12 nömrəli marşrut avtobusu ilə şirkətə məxsus avtobus iştirak edib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Ətraflı Dünya TV-nin süjetində: