Dəniz sahilində suiti cəsədi aşkarlanıb. Sumqayıt24 bu barədə sosial şəbəkələrə istinadən xəbər verir.
Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov Lent.az-a açıqlama verib.
“Sumqayıt sahillərində yalnız bir suiti sahilə çıxaraq tələf olub. Onun ölümündə xarici təsirlərin olduğunu düşünmürük. Çox güman ki, bu hadisə heyvanın yorğunluğu və qocalığı ilə bağlıdır.
Adətən, oktyabrın əvvəlindən başlayaraq suitilər Xəzərin şimal sahillərindən cənuba doğru köç edirlər. Ehtimal edirik ki, bu suiti qoca olub. Köç zamanı yorulub və sahilə çıxaraq ölüb”, – deyə o, qeyd edib.