top
Sumqayıtlı ailənin qəniminin izi ilə - Süni intellekt kabusu 
01 avqust 2025, 22:57
- +

Sumqayıtlı ailənin qəniminin izi ilə - Süni intellekt kabusu 

Süni intellektin səhiyyəyə tətbiqi bəşəriyyət üçün böyük irəliləyiş hesab olunsa da, bəzi insanlar bu irəliləyişi dələduzluq alətinə çeviriblər. Son vaxtlar sosial şəbəkələrdə süni intellektlə hazırlanmış "möcüzəvi müalicə" videoları geniş yayılıb. Bu videolardakı “həkimlər” əslində, mövcud deyillər. Amma yaşlı insanlar üçün bu "həkimlər" bəzən son ümid olurlar.

Sumqayit24.az kulis.az saytına istinadən süni intellekt barədə araşdırmanı təqdim edir:

“Təsəvvür edin, bir adam internetə girir və süni intellektlə video hazırlamağın mümkün olduğu sayta daxil olur. Orada hazır modellər var axı: kişi, qadın, yaşlı, gənc, asiyalı, avropalı... Birini seçir, aşağıdakı qutuya yazır: "Bu dərman prostat vəzinin iltihabını 5 günə aradan qaldırır". Vəssalam. 3 dəqiqəyə yeni bir həkim videosu hazırdır. Fonda da mikroskop, reseptorlar, sinirlər, beyin hüceyrələri... Bütün bu "vizual elmi" səhnələr tamaşaçını inandırmaq üçündür.

Bu vəziyyətə nümunə olaraq sumqayıtlı ailəni misal göstərmək olar.

Sözügedən  ailə 14 yaşlı qızlarının dəri problemi üçün süni intellektlə hazırlanmış bir “dermatoloq” videosuna inanır. Qızın dərisinə sürtdükləri məlhəm allergik reaksiya doğurur və vəziyyəti ağırlaşır. Dərini sağaltmaq ümidi ilə başlayan yol ciddi yanıq izləri və xəstəxana xərcləri ilə başa çatır.

Bu fırıldaqçılar təkcə pul qazanmır. Onlar insanlara psixoloji təsir eləyir. Videolarda tez-tez bu cümlələr səslənir: "Əgər təsir etmirsə, demək ki, siz gec başlamısınız" və ya "Sadəcə 1 ay dayanmadan istifadə edin! Mütləq şəfa tapacaqsınız". Beləliklə, insanlar aldadıldıqlarını düşünmürlər, əksinə, özlərini günahkar sayırlar. Onlar inanırlar ki, dərman işə yaramayıbsa, bu onların səhvidir.

Bəs şikayətimizi kimə etməliyik?

Polisə?

Səhiyyə Nazirliyinə?

Media platformalarına?

Təəssüf ki, süni intellektlə yaradılmış saxta tibbi məzmunlara qarşı Azərbaycan qanunvericiliyində konkret nəsə yoxdur. Bu boşluqdan istifadə edən fırıldaqçılar sərbəst hərəkət edirlər. Sosial şəbəkələr isə bu videoları silməkdə ya maraqlı deyil, ya da gecikirlər.

Bu problemi yalnız dövlət yox, hər birimiz həll etməliyik. Jurnalistlər araşdırmalı, saxta həkimlərin izinə düşməli, mediamız bu videoların necə və kimlər tərəfindən hazırlandığını açıq şəkildə göstərməlidir. Ailələr isə yaşlı insanları məlumatlandırmalıdırlar.

Ən qorxulusu isə odur ki, bu süni "həkimlər" real həkimlərin etibarını da zədələyir. İnsanlar artıq həkimlərə şübhə ilə yanaşır, hər deyilənə qarşı "bu da pul qazanmaq üçündür" deyə düşünür. Halbuki səhiyyə sisteminin dayağı inamdır. O inam sarsıldıqda insanlar özlərini qeyri-rəsmi, nəzarətsiz "təcrübələrə" təslim edirlər.

Süni intellekt böyük fürsətdir, amma eyni zamanda böyük təhlükə də ola bilər. Əgər biz bu məsələni ciddi qəbul etməsək, sabah bu "avatar həkimlər" təkcə yaşlı insanların yox, cəmiyyətin də onurğasını sındıra bilər. Ona görə də ictimaiyyət, media, hüquq sistemi və ailələr birlikdə çalışmalıdır.

Çünki məsələ texnologiya yox, insan həyatıdır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Bu gün, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Bu gün, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Bu gün, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Bu gün, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Bu gün, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Bu gün, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Bu gün, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Bu gün, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Bu gün, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Bu gün, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Bu gün, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Bu gün, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Bu gün, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
Dünən, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər