top
Sumqayıtda açarları təhvil verməyən şirkətdən münasibət
02 aprel 2026, 16:09
- +

Sumqayıtda açarları təhvil verməyən şirkətdən münasibət

Xəbər verdiyimiz kimi, Sumqayıtda "Kristal Abşeron" MTK-dan şikayət var.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Sülh prospektində "Kristal Abşeron" tərəfindən inşa edilən yeni binalarda təmir-tikinti işləri tam yekunlaşsa da, mənzil sahiblərinə hələ də açarlar təhvil verilmir. 
Sakinlərin sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə eyni bəhanəni irəli sürür. 

"Kanalizasiya xətlərinin ana xəttə qoşulması prosesi gedir, gözləyin".

Sumqayit24.az-ın sorğusuna "Kristal Abşeron"un İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ tərəfimizdən nəzarətdə saxlanılır və artıq müəyyən müddətdir ki, aidiyyəti dövlət qurumları ilə müvafiq prosedurlar çərçivəsində intensiv iş aparılmaqdadır: 

"Məlumat üçün qeyd edək ki, yaşayış binalarında tikinti-quraşdırma işləri əsasən yekunlaşmış olsa da, obyektlərin istismara verilməsi və mənzillərin açarlarının təqdim olunması yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq bütün mühəndis-kommunikasiya sistemlərinin, o cümlədən kanalizasiya xətlərinin şəhərin mərkəzi (ana) sisteminə tam və rəsmi şəkildə qoşulmasından sonra mümkündür. Hazırda məhz bu istiqamətdə texniki və inzibati prosedurların tamamlanması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı iş aparılır.

Qeyd olunan proseslərin müddəti bir sıra hallarda şirkətdən asılı olmayan səbəblərdən, o cümlədən texniki uyğunlaşdırma, layihələndirmə və dövlət qurumları ilə razılaşdırma mərhələlərinin tələblərindən irəli gələrək uzana bilər. Bununla belə, tərəfimizdən prosesin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş və işlər aktiv fazaya keçirilmişdir.

Mövcud vəziyyəti nəzərə alaraq bildiririk ki, cari ayın sonundan etibarən mənzillərin mərhələli şəkildə, qanunvericiliyin tələblərinə uyğun formada sahiblərinə təhvil verilməsinə başlanılması planlaşdırılır.

"Kristal" olaraq vurğulamaq istərdik ki, fəaliyyətimizdə əsas prioritetlərdən biri müştəri məmnuniyyəti və vətəndaşların hüquq və maraqlarının qorunmasıdır. Bu kimi məsələlərdə sakinlərimizin yanında olduğumuzu bildirir, yaranmış gecikmə ilə bağlı anlayış və səbir göstərdiklərinə görə təşəkkür edirik. Şirkət olaraq bütün öhdəliklərimizin icrasını təmin etmək istiqamətində fəaliyyətimizi davam etdiririk".

***
Sumqayıtda "Kristal Abşeron" MTK-dan şikayət var.

Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Sülh prospektində "Kristal Abşeron" tərəfindən inşa edilən yeni binaların sakinləri artıq 5 aydır çıxılmaz vəziyyətdə qalıblar.

Bildirilib ki, binalarda təmir-tikinti işləri tam yekunlaşsa da, mənzil sahiblərinə hələ də açarlar təhvil verilmir. Sakinlərin sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə eyni bəhanəni irəli sürür.

"Kanalizasiya xətlərinin ana xəttə qoşulması prosesi gedir, gözləyin".

Lakin sakinlər qeyd edirlər ki, bu "gözləyin" vədi artıq yarım ildir davam edir və problem hələ də həllini tapmayıb. Onların sözlərinə görə, tikinti zamanı kanalizasiya layihəsinin əvvəlcədən planlaşdırılmaması sual doğurur.

"Bina tikilənə qədər kanalizasiya infrastrukturunun layihələndirilməsi və qoşulması niyə təmin edilməyib? 5 ay ərzində bir xətti ana sistemə qoşmaq bu qədərmi çətindir, yoxsa başqa səbəblər var?", - deyə sakinlər narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:25

Ali məktəblərə ixtisas seçiminə avqustun 10-dan sonra başlanılacaq

Bütün xəbərlər
Bu gün, 10:05

690 bal yığan İnci: "Nüfuzlu həkim olmağı düşünürəm"

Bütün xəbərlər
Bu gün, 09:45

SDU rektoru Karbamid Zavodunda – mühüm əməkdaşlığa başlanılır

Bütün xəbərlər
Bu gün, 09:25

Sumqayıtda qanunsuz ticarətə qarşı REYD

Bütün xəbərlər
Bu gün, 08:38

Bakıya gedən Sumqayıt sakinlərinin DİQQƏTİNƏ

Bütün xəbərlər
Bu gün, 01:37

Bloger sumqayıtlı jurnalisti yenidən MƏHKƏMƏYƏ verdi

Bütün xəbərlər
Bu gün, 01:07

Sumqayıt məktəbinin 700 bal yığan məzunu sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 00:29

Sumqayıtın bu ay 10 əsas problemi: sakinlər ən çox nədən şikayət edirlər?

Bütün xəbərlər
Dünən, 20:09

Sumqayıtda zibilin yandırılması ağacı məhv etdi? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:30

Günəşdə nəhəng dəyişiklik: Yerə təsir edəcək?

Bütün xəbərlər
Dünən, 18:12

Sumqayıtdakı gimnaziyanın məzunu qəbul imtahanında maksimum nəticə göstərdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda QALMAQAL: Göydələn sakinlərə problem yaradır

Bütün xəbərlər
Dünən, 17:41

Sumqayıt məktəblisindən maksimum nəticə - 700 bal yığdı

Bütün xəbərlər
Dünən, 17:35

Sumqayıtın fəxri: Mayor Rəşad Hacıyev qol güləşində qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 17:02

Məşhur aparıcı ilə Sumqayıt sakini arasında MÜBAHİSƏ

Bütün xəbərlər
Dünən, 16:35

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Kriminal
Dünən, 16:15

Sumqayıtda oğurluq edən azyaşlı kameraya düşdü - VİDEO - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 16:13

Azərbaycanda bu şəxslərin maaşı artırılacaq

Bütün xəbərlər
Dünən, 15:53

Sarayda taksilər bu yola girməkdən imtina edirlər

Bütün xəbərlər
Dünən, 15:30

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt şəhəri təhsildə liderliyini bir daha təsdiqlədi

Bütün xəbərlər
Dünən, 14:49

"İdrak"da müəllimi güllələyən şagirdin atası cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıt Tibb Mərkəzinin direktoru işdən çıxarılır?

Bütün xəbərlər
Dünən, 14:20

Ağac dibini zibil qabı kimi istifadə edən Sumqayıt sakinləri

Oxşar xəbərlər