Sumqayıtda piyadaların təhlükəsizliyi təmin edildi
Xəbər verdiyimiz kimi, 4-cü mikrorayon ərazisində qapağı açıq vəziyyətdə qalan kanalizasiya quyusu insanlar üçün təhlükə yaradırdı. Hətta 11 yaşlı bir uşaq quyuya düşməkdən son anda xilas edilmişdi. Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, məsələ işıqlandırıldıqdan sonra aidiyyəti qurumun əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb və sakinlərin təhlükəsizliyi təmin olunub.