Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanova Travmatologiya Xəstəxanasında əməliyyat olunub.
Sumqayit24.az-a teatrın mətbuat katibi Turan Etibaroğlu bildirib ki, həyata keçirilən əməliyyat uğurla başa çatıb.
"Hazırda aktrisanın səhhəti qənaətbəxşdir, müalicə və bərpa prosesi davam edir", - deyə qeyd olunub.
Qeyd edək ki, 25 iyun tarixində sumqayıtlı aktrisa Xatirə Süleymanova səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.