Sumqayıtlı əməkdar artist Dilarə Əliyeva qayınatası ilə bağlı paylaşım edib.
Sumqayit24.az xəbər verir ki, o, Xalq artisti Vidadi Əliyevi 81 yaşının tamam olması münasibəti ilə təbrik edib:
"Sizə uzun ömür arzulayıram! Çox, lap çox yaşayın! Yaşayın ki, Oqtayın ruhu şad olsun! Çünki, əlimizdən yalnız bu gəlir!"
Qeyd edək ki, D.Əliyeva V.Əliyevin oğlu Oqtay Əliyevlə ailəli olub. O.Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib.