19 yaşlı Sumqayıt sakini Türkiyədə keçirilən gastronomiya yarışında uğur qazanıb.
Sumqayit24.az xəbər verir ki, Yusif Ələsgərli Niğde şəhərində keçirilən "Gastronomi Festivalı" çərçivəsində təşkil olunan "Gastronomi və Kulinariya" çempionatında iştirak edib.
Gənc kulinar fərdi yarışda hazırladığı toyuq yeməyi ilə münsiflərin rəğbətini qazanaraq ikinci yerə layiq görülüb.