top
Sumqayıt Sənaye Parkında yeni sənaye sahələri yaradılır
Bu gün, 11:15
- ↺ +

Sumqayıt Sənaye Parkında yeni sənaye sahələri yaradılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Sənaye Parkında yeni istehsalat binalarının və onların fəaliyyətini təmin edəcək mühəndis-kommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.

Bununla bağlı parkın ərazisində layihə-smeta sənədləri hazırlanacaq. Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçiriləcək. İşlər Sumqayıt Sənaye Parkında ayrılmış 2,29 hektar ərazini əhatə edəcək. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinin dəyəri 170 min manat təşkil edir.

Birinci mərhələdə ərazidə üç istehsalat binasının yaradılması nəzərdə tutulur. Onlardan birinin sahəsi 1728, digər iki binanın hər birinin sahəsi isə 1920 kvadratmetr olacaq. Beləliklə, birinci mərhələdə ümumi sahəsi 5568 kvadratmetr olan üç istehsalat binasının tikintisi planlaşdırılır.

Layihənin perspektiv mərhələsində isə daha üç istehsalat binasının inşası nəzərdə tutulur. Bu binaların hər birinin sahəsinin 1920 kvadratmetr olması planlaşdırılır. Bununla ikinci mərhələnin də həyata keçirilməsi nəticəsində istehsalat binalarının ümumi sayı altıya çatdırılacaq.

Yeni istehsalat sahələri ilə yanaşı, ərazidə onların fəaliyyətini təmin edən zəruri infrastrukturun yaradılması da layihənin əsas hissələrindən biridir. Burada daxili avtomobil yollarının, elektrik və su təchizatı şəbəkələrinin, kanalizasiya sistemlərinin, yanğınsöndürmə infrastrukturunun və rabitə sistemlərinin qurulması nəzərdə tutulur.

Ərazidə yük avtomobillərinin hərəkəti üçün daxili yol infrastrukturu yaradılacaq. Bundan başqa, texniki yolların çəkilməsi, xarici işıqlandırma sistemlərinin quraşdırılması və ərazinin abadlaşdırılması planlaşdırılır.

Layihədə elektrik enerjisi təchizatının dayanıqlılığının təmin edilməsi üçün ehtiyat enerji sistemlərinin yaradılması da nəzərdə tutulub. Bu məqsədlə dizel generator qurğusu, avtomatik ehtiyat enerji qoşulma sistemi və generator üçün xüsusi meydançanın yaradılması planlaşdırılır.

İstehsalat binalarında içməli və texniki su təchizatı, məişət və yağış suları kanalizasiya sistemləri, həmçinin yanğın su təchizatı və yanğınsöndürmə sistemləri qurulacaq. Binaların rabitə, internet və digər zəif cərəyan sistemləri ilə təmin edilməsi də layihəyə daxildir.

Ərazinin təhlükəsizliyi üçün videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin quraşdırılması, həmçinin nəzarət-buraxılış məntəqəsinin yaradılması planlaşdırılır. İstehsalat bloklarında sanitar qovşaqların, ümumi havalandırma sistemlərinin və digər zəruri kommunikasiyaların yaradılması da nəzərdə tutulur.

Layihə çərçivəsində istehsalat binalarının texniki xüsusiyyətləri də müəyyənləşdiriləcək. Birinci mərhələdə nəzərdə tutulan binaların dəmir-beton konstruksiyalardan inşa edilməsi, onların müvafiq elektrik, su, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri ilə təmin olunması planlaşdırılır. İstehsalat məqsədləri üçün tələb olunan xüsusi havalandırma sistemlərinin isə gələcək icarəçilər tərəfindən ayrıca quraşdırılması nəzərdə tutulur.

Layihələndirmə zamanı ərazinin planlaşdırılması və hamarlanması, mühəndis-geoloji və topoqrafik işlərin aparılması, geoloji hesabatın hazırlanması, şəhərsalma əsaslandırmasının və müfəssəl baş planın hazırlanması da həyata keçiriləcək.

Bundan əlavə, layihəyə müəllif nəzarətinin həyata keçirilməsi və yerli tikinti materiallarından istifadə olunması nəzərdə tutulur.

Mənbə: Trend.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtlı gənc toyuq bişirdi, Türkiyədə ikinci yeri tutdu

Bütün xəbərlər
Bu gün, 11:19

Sumqayıtda 15 yaşlı oğlan bıçaqlandı

İdman
Bu gün, 10:42

Sumqayıtlı cüdoçu dünya çempionatına qoşulur

Bütün xəbərlər
Bu gün, 10:10

Fatma Bayramova son mənzilinə belə yola salındı

Bütün xəbərlər
Bu gün, 09:37

Sumqayıta yeni zibil maşınları və konteynerlər gətirildi

Bütün xəbərlər
Bu gün, 09:00

Sumqayit24.az-ın İnstaqram səhifəsi bərpa edildi!

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən Müharibəsinin 12-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:10

"Elə bil burada insan yaşamır": Yaşıl Dərə zibil içində

Bütün xəbərlər
Dünən, 17:44

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı fərman

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda avtobus marşrutları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıt-Bakı qatarlarında niyə izdiham yaranıb? – ADY-dən açıqlama

Bütün xəbərlər
Dünən, 16:45

Bu həftədən ov mövsümü başlayır

Bütün xəbərlər
Dünən, 16:15

Yer kürəsində güclü maqnit fırtınası gözlənilir

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtlı taksi sürücüsü sərnişinlə əlbəyaxa oldu - SƏBƏB

Bütün xəbərlər
Dünən, 15:07

Sumqayıtda sabah hava yağışlı, dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:35

"Adam kimi işə gedə bilmirəm" – Sumqayıt-Bakı qatarlarından ŞİKAYƏT - VİDEO

Bütün xəbərlər
Dünən, 14:05

Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım göndərildi

Bütün xəbərlər
Dünən, 13:35

Sumqayıtda ucuz qiymətləri ilə tanınan məşhur market bağlandı

Bütün xəbərlər
Dünən, 13:05

"13 ildir bilmirik dərdimizi kimə deyək..." - Corat sakini

Bütün xəbərlər
Dünən, 12:32

"Sumqayıt Bulvarı" işçilərinin geyimi üçün "əlini cibinə salacaq"

Bütün xəbərlər
Dünən, 12:00

FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi

Kriminal
Dünən, 11:30

Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən xəbər var

Oxşar xəbərlər