Sumqayıt abituriyentləri qəbul imtahanında maksimum nəticə göstəriblər. Sumqayıt24 bu haqda 2 sentyabr tarixində xəbər verir.
Belə ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin bütün şagirdləri tələbə adını qazanıblar.
Gimnaziyanı bu il 55 şagird bitirib. Onlardan 51-i Azərbaycanın, 4-ü isə xarici ölkələrin universitetlərinə qəbul olublar. Məzunlardan 10-u məktəbi qızıl, 2-si isə gümüş medalla bitirib.
Liseyin 54 məzunundan isə 42-si Azərbaycan, 12-si isə xarici ölkələrin universitetlərini seçiblər.
Xatırladaq ki, İsmət Qayıbov adına 1 nömrəli məktəbin 3 sinfinin, Təfəkkür liseyinin isə 2 sinfinin şagirdləri qəbul imtahanında 100% nəticə əldə ediblər.