Sumqayıtlı pediatr Rəşad Həsənov "uşaqlarda koronavirus" mövzusunda danışıb. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Onun sözlərinə görə, bu virusa yoluxmuş azyaşlılar xəstəliyi yüngül keçirirlər. Yəni ki, onlar 3-4 gün hərarət, qarınişləmə və burun axıntısı ilə sağala bilirlər. Lakin, həmin uşaqlar ciddi daşıyıcı rolunu oynayırlar və böyükləri yoluxdura bilərlər.
Həmçinin, Həsənov əlavə edib ki, hər bir uşaq ay ərzində müxtəlif viruslar səbəbindən iki dəfə xəstələnə bilər. Lakin pandemiya ilə əlaqədar bu 4 dəfəyə qədər arta bilir. Bəzən xəstə uşaqlar qızdırmaları düşən kimi yenidən bağçaya yollanırlar. Bununla da tam sağalmayan uşaq digər uşaqları da yoluxdurmuş olur. Yayılmanın artımı ən əsas da buna görə baş verir. Bu səbəbdən xəstələnmiş uşaqlar ən azı 2 həftə kollektiv içinə getməməlidir.