Sumqayıtlı qazi qəzaya uğrayıb. Sumqayıt24 bu barədə 17 oktyabr tarixində Unikal.az-a istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun “Vaz” dairəsi adlanan ərazisində qeydə alınıb. Qazi Camal Alxasovun idarə etdiyi avtomobilin qəzaya düşməsinin səbəbi təmir gedən yolda xəbərdaredici nişanın olmaması bildirilir.