Bu gün şəhid-kapitan Samir İslamovun mövlud günüdür. O, 5 fevral 1983-cü ildə Sumqayıt şəhərində dünyaya göz açıb.
Qəhrəman şəhidimiz Vətən müharibəsi zamanı Tərtər rayonu Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İslamov, 9 oktyabr 2020-ci ildə Talış döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra cəsur kapitan “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, 4 övladı yadigar qalıb.