Daha bir sumqayıtlı şəhidin ailəsinə mənzil verildi. Bu haqda bu gün, 24 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi xəbər yayıb.
Məlumata əsasən, nazirlik tərəfindən bu gün ərzində, şəhid ailələri və müharibə əlillərinə ümumilikdə 50 mənzil verilib. 50 mənzildən 1-i isə sumqayıtlı şəhidimiz Nicat Nəbiyevin anasına təqdim edildi.
Mənzillərin sənədlərinin təqdim etmə mərasimi 4 saylı DOST Mərkəzində, nazir Sahil Babayevin iştirakı ilə baş tutub.
Xatırladaq ki, Nicat Nəbiyev 1 oktyabr tarixində düşmənin artilleriya atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.