Sumqayıtlı şagird ABŞ-dən mükafatlarla qayıdıb.
Sumqayit24.az xəbər verir ki, “Teeneagle” beynəlxalq ingilis dili olimpiadasının final mərhələsi keçirilib. Sumqayıt şəhər 4 nömrəli orta məktəbin 8B sinif şagirdi Mehri Mustafazadə 70-dən çox ölkənin təmsilçiləri arasında ikinci yeri tutub.
Mehri müxtəlif mərhələli yarışlarda 2 qızıl medal, 5 kubok qazanıb və ona “iPad” hədiyyə edilib.