Sumqayıt iaşə dövriyyəsinə görə Azərbaycan üzrə ikinci yerdədir.
Fed.az-ın məlumatına görə, bu ilin I yarımili üzrə ölkənin şəhər və rayonlarında iaşə dövriyyəsi 1 milyard 29 milyon 982 min manat təşkil edib. Bunun 24 milyon 412 min manatı Sumqayıtın payına düşüb.
Qeyd edək ki, siyahıya Bakı başçılıq edir. Paytaxtda dövriyyə 708 milyon 61 min manata çatıb. Üçüncü pillədə isə 22 milyon 712 min manat göstərici ilə Gəncə qərarlaşıb.