top
Sumqayıtlılar, siz lift xidmətindən razısınız?
Video
21 may 2026, 15:10
- +

Sumqayıtlılar, siz lift xidmətindən razısınız?

Hazırda çoxmərtəbəli binaların bir çoxunda sakinlərin ciddi narahatlıqlarından biri də liftlərdə yaranan nasazlıqlar zamanı kömək çağırmaq imkanının məhdud olmasıdır.

Kabinələrdə hər hansı təcili çağırış düyməsi olmadıqda sərnişinlər hansı quruma və necə müraciət edəcəklərini bilmirlər.

"Lifttəmir" İstehsalat Birliyinin (İB) Texniki nəzarət şöbəsinin mühəndisi Tural Salmanzadə bildirib ki, son illərdə Bakıda quraşdırılmış 1 354 dəst liftdə mərkəzi dispetçer sistemi tətbiq olunub:

"Sovet dönəmindən qalan liftlərdə isə bu sistem mövcud deyil. Həmin liftlərdə hər hansı nasazlıq üzündən sərnişin içəridə qalarsa, yalnız kabinədə qeyd olunan əlaqə nömrələrinə zəng etmək və ya bayırdakıları köməyə çağırmaq lazım gəlir.

Gələcəkdə yenisi ilə əvəz olunacaq liftlərdə mərkəzi dispetçer sisteminin qurulması tərəfimizdən mütləq bir tələb kimi irəli sürülür".

Sumqayıtda isə artıq 10 ilə yaxındır ki, belə bir mərkəzləşdirilmiş sistem fəaliyyət göstərir. Liftdə hər hansı nasazlıq baş verərsə, mərkəzi sistemdə problem dərhal vizual olaraq görünür və operativ müdaxilə edilir.

Sumqayıt "Lift-Servis" Birliyinin direktor müavini Zaur İsmiyev Baku TV-yə sistemin iş prinsipini belə izah edir:

"Liftlərin vəziyyəti 24 saat ərzində izlənilir. Nasazlıq barədə məlumat ilk olaraq Mərkəzi Dispetçer Xidmətinin əməkdaşlarına daxil olur və sistem tərəfindən avtomatlaşdırılmış rejimdə qeydə alınır. Bundan sonra ilkin müdaxilə tədbirlərinə başlanılır.

Dispetçer əməkdaşı liftdəki dayanma problemini və yaranmış vəziyyəti məsafədən aradan qaldırmaq üçün addımlar atır".

Video: Baku Tv-nin süjetində:

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər