Sumqayıtda süd məhsulları utilizasiyadan keçirilib. Sumqayıt24 bu haqda 29 mart tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
“Sun Food" MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 77,184 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.