Sürət qatarında sərnişinin halı pisləşib. Sumqayıt24 bu barədə 6 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə Bakı Dəmiryol Vağzalında qeydə alınıb. Sumqayıt-Xırdalan-Bakı qatarı ilə gələn qadın sərnişinin dili qatlanıb. Səbəb kimi sıxlıq və havalandırma sisteminin işləməməsi göstərilir.
Qeyd edək ki, təcili tibbi yardımın əməkdaşları gələnədək xəstəyə polislər və digər sərnişinlər ilkin yardım göstəriblər.
Sərnişinlər isə öz növbəsində sıxlığa və qatarların gecikməsinə görə Dəmiryol Vağzalının stansiya rəisinə etiraz ediblər.