Bakı-Sumqayıt sürət qatarlarından istifadə edənlərin sayı açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-aprel aylarında 2 milyon 979 min 167 sərnişin daşıyıb. Bundan 2 milyon 820 min 738 nəfəri Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarların payına düşüb.
Bu da 2024-cü ilin eyni dövrünün nəticələri ilə müqayisədə 373 min 168 sərnişin və ya 15,2 % çoxdur.