Sumqayıt-Bakı yolundakı avtobus zolağı ictimai nəqliyyat üçün əlverişli olub. Sumqayıt24 bu haqda 15 noyabr tarixində Xezerxeber.az-a istinadən xəbər verir.
Minik avtomobillərinin sürücüləri avtobus zolağı çəkildikdən sonra yollarının daraldığını, əvvəlki dövrlə müqayisədə çox çətinliklə hərəkət etdiklərini deyirlər. Avtobus sürücüləri və sərnişinləri isə əksinə, vəziyyətdən məmnundurlar.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, xüsusi zolağın təşkilindən sonra avtobusların son dayanacağa çatma müddəti 22-24 dəqiqə qısalıb.