Sumqayıt Tibb Mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilir. Bu haqda 13 noyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Hazırda işlər Təcili Tibbi Yardım Xəstəxanasının həyətyanı ərazisində aparılır. Burada piyada səkiləri genişləndirilir, bordürlər yenilənir, eləcə də avtomobillərin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə nişanlanma xətləri boyanır.