Sumqayıtda uşaqlar köməksiz qalıblar. Bu barədə 29 mart tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Hadisə H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. FHN-in "112" qaynar xəttinə 4 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında qaldığı bildirilib. Xilasetmə qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Nəticədə azyaşlıların xilas olunması təmin edilib.