Sumqayıtda mikrorayonların birində natəmzilik müşahidə olunur.
Məlumata görə, 12-ci mikrorayonunda yerləşən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binasında antisanitar vəziyyət hökm sürür.
"12-ci mikrorayonda yerləşən qaçqın şəhərciyinin sakiniyəm. Yaşadığımız ərazidə vəziyyət dözülməz həddə çatıb. Bloklar baxımsızdır, təmizlənmir və zibil içindədir. Ərazidə ciddi tarakan problemi var. Bundan əlavə, bəzi şəxslər blokların ümumi istifadə yerlərindən tualet kimi istifadə edirlər. Bu isə mühiti daha da acınacaqlı vəziyyətə salır. Gigiyena qaydaları kobud şəkildə pozulur və bu, xüsusilə uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır", – deyə sakin müraciətində bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.
Mənbə: Sumqayit.fotolarda