3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) həkimlərin iştirakı ilə növbəti seminar keçirilib. Bu barədə 14 oktyabr tarixində Sumqayıt Tibb Mərkəzi xəbər yayıb.
Maarifləndirici görüşdə Sumqayıt Dövlət Universitetinin dosenti, həkim-psixoloq, psixologiya üzrə fəlsəfə doktoru Kəmalə Salamova və Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının doktorantı, tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərova iştirak ediblər.
Onlar müvafiq olaraq, “Psixosomatik problemlərin diaqnostikasında birgə fəaliyyət" və "COVİD-19 keçirmiş uşaqlarda multisistem iltihabı sindromunun (MİS-C) klinik təzahürləri və gediş xüsusiyyətləri" mövzülarında təqdimatla çıxış ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən elmi seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.