Uşaq xəstəxanasında növbəti maarifləndirici elmi seminar keçirilib. Bu barədə 11 oktyabr tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Tibb ocağının pediatriya şöbəsinin müdiri Səbinə Əliyeva və pediatr Samirə Məmmədova müvafiq olaraq "Uşaqlarda ishal. Rotavirus infeksiyası" və "Ağciyərlərin süni ventilyasiyasına göstəriş" mövzularında təqdimatla çıxış ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən elmi seminarda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, burada Uşaq xəstəxanasının baş həkimi Məzahir Müzəffərov da iştirak edib.