Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhərində növbəti monitorinq keçirib. Sumqayıt24 bu barədə 13 oktyabr tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Nəticədə 26-cı məhəllə ərazisində fəaliyyət göstərən "Günel" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsan aşkarlanıb. Qanun pozuntuları səbəbindən qanunvericiliyə dair müvafiq tədbirlər görülüb.