Şəhid Hüseyn Nəcəfzadə doğum günündə anılıb. Mərasim Saray qəsəbəsində baş tutub. Sumqayıt24 bu barədə 12 oktyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Ötən ay Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən şəhid olan baş leytenantın dünən, yəni doğum günündə toyu olmalı idi. Onun şəhid olduğundan xəbərsiz ata toy üçün şadlıq sarayı da danışmışdı.
Məlumata görə, Hüseynin ailə üzvləri, o cümlədən nişanlısı toy üçün danışılan “Yetər” şadlıq sarayında bir araya gələrək onun xatirəsini yad ediblər.