Ceyranbatan məktəbinin şagirdi uğur qazanıb. Bu barədə 3 sentyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Uşaq İncəsənət Məktəbinin xoreoqrafiya sinfində təhsil alan 4-cü sinif şagirdi Aylin Binnətova “Grand Vıctoria” Beynəlxalq onlayn incəsənət müsabiqəsində 1-ci dərəcəli laureat adına layiq görülərək diplomla mükafatlandırılıb. Onu müsabiqəyə hazırlayan müəllim Sevinc İmanova təşəkkürnamə ilə təltif olunub.
Müsabiqə "Astana Stars" Beynəlxalq Festival Hərəkatının rəhbərliyi ilə həyata keçirilib.