Sumqayıt şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar. Bu barədə 5 sentyabr tarixində Uşaq Musiqi məktəbinə istinadən məlumat veririk.
Heydər Əliyev fondunun dəstəyi ilə Fransada keçirilən 17-ci beynəlxalq müsabiqədə Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi məktəbinin 5-ci sinif şagirdi Aysu Məmmədzadə fortepiano ixtisası üzrə 3-cü yerə, 3-cü sinif şagirdi Atilla Quliyev isə "Gənc istedadlar diplomu"na layiq görülüblər. Onları müsabiqəyə müəllimləri Əliyeva Esmira hazırlayıb.