Sumqayıtda milli uşaq folklor nümunələri əsasında “Əkil-bəkil quş idi” adlı ədəbi söz oyunu keçirilib. Bu haqda 30 avqust tarixində Sumqayıt24 xəbər verir.
Mərkəzi Uşaq Kitabxanasında təşkil olunan əyləncə saatında “Kids Academy” tədris mərkəzinin şagirdləri iştirak ediblər. Onlar qruplara bölünərək üç turdan ibarət söz oyununa start veriblər.
Tədbir uşaqların yay istirahətlərini birlikdə əyləncəli və səmərəli keçirmələrinə, dünyagörüşlərinin artırılmasına yardımçı olmaq məqsədini daşıyıb.