5 il əvvəl torpaqlarımızın işğaldan azad olunması üçün başlanan 44 günlük Vətən müharibəsinin ilk günündə bir sıra yaşayış məntəqələrimiz düşməndən azad edilib.
Sumqayit24.az xəbər verir ki, rəşadətli Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndlərini, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini, habelə Ağdərə və Murovdağ istiqamətlərində yüksəklikləri Ermənistan silahlı qüvvələrindən təmizləyib.