Sumqayıt sakini Xaçmaz rayonunda baş verən qəzadə yaralanıb. Bu barədə 15 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam Vəlvələçayın yaxınlığında qeydə alınıb. “Volkswagen” və "VAZ" markalı minik avtomobilləri Bakı istiqamətində hərəkətdə olan “KamAZ" markalı yük maşınına çarpılıb.
Nəticədə Sumqayıt şəhər sakini, 39 yaşlı Elxan Şəfiyev və 26 yaşlı Quba rayon sakini Məhəmməd Əlirzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Şahidlərin şözlərinə görə, hadisəyə səbəb "Volkswagen”in sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Araşdırma aparılır. [modula id="25127"]