"Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi həyata keçirilib. Bu barədə 3 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Türkiyədən dəvət olunmuş professor-dosent heyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə keçirilmiş görüşdə Sumqayıtda fəaliyyət göstərən qeyri - ixtisaslı və ixtisaslı məktəb psixoloqları iştirak ediblər. Onlara həm nəzəri, həm də praktik biliklər verilib.
İlk mərhələdə İnstitut əməkdaşları tərəfindən qeyri-ixtisaslı məktəb psixoloqlarına 40 saatlıq, sonra isə bütün iştirakçılara Türkiyədən dəvət edilmiş professor-dosent heyəti tərəfindən 60 saatlıq təlim təşkil olunub. Burada, həmçinin superviziya saatları da keçirilib.