Xəzər dənizində zəlzələ olub.
Sumqayit24.az bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Təbiət hadisəsi yerli vaxtla saat 09:02-də qeydə alınıb. Maqnitudası 3,1 olan zəlzələnin dərinliyi 67 km olub.