Sumqayıtda keçirilən “Xəzəri qoruyaq” adlı kampaniya yekunlaşıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk.
Proqramın keçirilməsində məqsəd ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Qeyd edək ki, Sumqayıt da daxil olmaqla ölkə üzrə ictimai çimərliklərdə təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
Məlumatlar qeydə alınaraq “Ocean Conservancy” beynəlxalq təşkilatına göndərilir. Bu informasiya isə dünya su hövzələrinin təmizlənməsi haqqında beynəlxalq hesabatlarda əks olunur.