2027-ci ildə Sumqayıtın yerli xərclərinə 25 milyon 38 min manatın ayrılaması nəzərdə tutulur.
Məlumata görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.
Bildirilib ki, Azərbaycanın şəhər və rayonlarının yerli xərclərinə ümumilikdə 735 milyon 575 min manat ayrılması planlaşdırılır.
Qeyd edək ki, yerli xərclər üzrə ən çox vəsait Bakı şəhəri üçün proqnozlaşdırılır – 326 milyon 784 min manat. Sonrakı yerdə isə Gəncə şəhəri 28 milyon 909 min manatla qərarlaşıb.
Mənbə: Modern.аz