Sumqayıtda istehlaka yararsız məhsullar utilizasiya olunub. Sumqayıt24 bu haqda 27 mart tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
“EkoSum” MMC-nin poliqonunda həyata keçirilən prosesdə “Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma və “Sun Food" MMC-yə məxsus 59,92 ton müxtəlif növ qida məhsulu məhv edilib.