Sumqayıtda yarımstansiyanın ətrafında yanğın olub. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
Hadisə dünən baş verib. Ərazidə 10 p.m giriş-çıxış kabeli yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri tərəfindən alov söndürülüb.