Sumqayıtda yaşayış binalarının təmir-bərpa və yenidənqurma işləri davam edir. Bu haqda 6 sentyabr tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Hazırda 8-ci mikrorayonda və 48-ci məhəllədə binaların fasadları yenilənir. Polad Həşimov küçəsində girişlər təmir olunub. 10 saylı yataqxananın sanitar qovşaqları bərpa olunur.
Qeyd edək ki, şəhər ərazisində yerləşən 1300-ə yaxın tikiliyə dam örtüyü vurulub, binaların fasadları yenilənib, müasir liftlər quraşdırılıb. Həmçinin 100-lərlə binanın girişləri təmir olunub, dəmiq qapılar qoyulub. [modula id="41822"]