Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub. Sumqayıt24 bu haqda 6 mart tarixində xəbər verir.
Olay bu gün gecə saatlarında baş verib. Pilləkən qəfəsinin 3-cü mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovun qarşısını alıblar.