Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə 6 sentabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Yanğın 13-cü mərtəbədə, ümumi sahəsi 30 kv.m olan mənzildə qeydə alınıb. Burada 1 ədəd kondisioner, 1 ədəd televizor və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan 3 ədəd qapı qarsalanıb. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.