Sumqayıtda yanğın olub. Sumqayıt24 bu haqda 8 iyun tarixində xəbər verir.
Hadisə dünən axşam "Yaşıldərə" yaşayış massivində baş verib. Fərdi yaşayış evinin qarşısında otluq sahə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Alovun qarşısı alınıb.