top
Yol polisindən dumanlı hava ilə bağlı MÜRACİƏT
04 aprel 2026, 10:34
- +

Yol polisindən dumanlı hava ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bildirilib ki, hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur. Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;

• Ara məsafəni qoruyun;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmayın;

• Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər