Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev bu gün dəfn olunacaq. Bu haqda 23 mart tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Qəza ötən gün, axşam saatlarında magistral yolun Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb. O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
O. Əliyev səhər saatlarında Mehdiabad qəbiristanlığında torpağa tapşırılacaq.