Sumqayıtda təhsil müəssisəsində "Bullinq" mövzusunda seminar keçirilib. Sumqayıt24 bu barədə 10 oktyabr tarixində xəbər verir.
19 nömrəli orta məktəbdə baş tutan təlimdə 11-ci sinif şagirdləri iştirak ediblər. Burada çıxış edən ekspert “Bullinq nədir və ondan necə qorunmaq olar” mövzusu haqqında bəhs edib. Sonda mövzu ilə bağlı təqdimat nümayiş olunub, sorğu keçirilib və şagirdlərin sualları cavablandırılıb.