Sumqayıtlı imam "Din-milli birliyimizin təminatçısı kimi" adlı müsabiqənin qalibi olub. Bu barədə AZƏRTAC məlumat yayıb.
"Zəfər Günü" münasibətilə keçirilən yarışmada ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər. Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi müsabiqədə birinci yerə Sumqayıt şəhəri, "Cümə" məscidinin imamı Gülağa İsmayılov layiq görülüb.
Müsabiqəyə təqdim edilən materiallar Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb.