Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüş keçirib. Sumqayıt24 bu haqda 2 sentyabr tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
17-ci mikrorayonda təşkil olunan qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Zakir Fərəcov sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, kommunal xidmətlər, yol infrastrukturu və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.